Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollar cəlb edib.
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bizim.Media AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 64,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (20 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,8% və ya 0,5 mln. dollar artıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bizim.Media