Manatın məzənnəsi bahalaşdı - Mərkəzi Bankın sədri

Hazırda oxunan: Manatın məzənnəsi bahalaşdı - Mərkəzi Bankın sədri

104714

"Bu ilin on ayı ərzində manatın məzənnəsi 9.2 faiz bahalaşıb". 

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib. 

T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq və bu sabitliyin təmin edilməsi üçün əlindən gələni edəcək. 

O qeyd edib ki, məzənnə rejimi bizim pul siyasətimizin bir çərçivəsidir. 

“Qiymət sabitliyinin təmin olunması üçün hər hansı bir rejim tələb olunacaqsa, Mərkəzi Bank, sözsüz ki, hökumətlə koordinasiya edərək o rejimi tətbiq edəcək. O ki qaldı məzənnə sabitliyinə, düşünürük ki, bu, bugünkü makroiqtisadi sabitlik üçün ən əlverişli rejimdir", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin