"Bu il Azərbaycan iqtisadiyyatı davamlı iqtisadi artım nümayiş etdirib" - Deputat

Hazırda oxunan: "Bu il Azərbaycan iqtisadiyyatı davamlı iqtisadi artım nümayiş etdirib" - Deputat

104663

2022-ci ildə Azərbaycan iqtisadiyyatı davamlı iqtisadi artım nümayiş etdirib. Belə ki, bu ilin 9 ayı ərzində ölkədə ÜDM 5,6 faiz artaraq 98 milyard manatı, qeyri-neft, qaz ÜDM-i 10,1 faiz artaraq 50 milyard manatı keçib, eyni zamanda, kənd təsərrüfatı məhsulu istehsalı 3 faiz artaraq 9 milyard manata yaxınlaşıb. 

Bizim.Media xəbər verir ki, bu sözləri parlamentin noyabrın 16-da keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib. 

O bildirib ki, bu dövrdə ümumi ixrac idxalı 19 milyard dolları üstələyib, qeyri-neft ixracı faktiki qiymətləri 19 faiz, qaz ixracı 11 faiz, əhalinin nominal gəlirləri 20,2 faiz, orta aylıq əməkhaqqı isə 14,3 faiz artıb. Cari ilin 8 ayı ərzində strateji valyuta ehtiyatlarımız 5,1 faiz artaraq 56 milyard dollara yaxınlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin