Bu günə qədər "ASAN Viza" xətti ilə 2,5 milyon elektron viza verilib və dövlət büdcəsinə dolayısı ilə 4,2 milyard manat vəsait daxil olub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, "ASAN Viza" tərəfindən verilən elektron vizaların sayı Azərbaycanda 20 ildə verilən vizaların sayından çoxdur.
F.Cəfərov qeyd edib ki, 2016-cı ilə qədər Azərbaycanda elektron viza almaq üçün turist 18 addımdan keçməli idi:
"Biz bunu 3 addımla edirik".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli Fərmanına əsasən yaradılan “ASAN Viza” sisteminin idarə edilməsi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilir.
“ASAN Viza” www.evisa.gov.az elektron viza portalı vasitəsilə və Azərbaycan Respublikasında Beynəlxalq Hava Limanlarında vizaların verilməsi istiqamətləri üzrə fəaliyyət göstərir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:58 / 15.11.2022
"ASAN Viza" dövlət büdcəsinə 4,2 milyard manat qazandırıb
Hazırda oxunan: "ASAN Viza" dövlət büdcəsinə 4,2 milyard manat qazandırıb
Hazırda oxunan: "ASAN Viza" dövlət büdcəsinə 4,2 milyard manat qazandırıb
104549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.