Gələn ilin dövlət büdcəsi parlamentdə MÜZAKİRƏYƏ ÇIXARILACAQ 

Hazırda oxunan: Gələn ilin dövlət büdcəsi parlamentdə MÜZAKİRƏYƏ ÇIXARILACAQ 

104408

Sabah Milli Məclisin plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başlayır.

Bizim.Media xəbər verir ki, büdcə zərfinə "2023-cü ilin dövlət büdcəsi haqqında”, " 2023-cü il üçün yaşayış minimumu haqqında”, "2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Müzakirələrdə hökumət üzvlərinin iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 29 963 720,0 min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 530 714,0 min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin