Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib - FOTO

Hazırda oxunan: Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib - FOTO

103992

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir. Bu gün konfrans çərçivəsində Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü çərçivəsində ərzaq təhlükəsizliyi və iqlim dəyişmələri, kənd təsərrüfatı və ərzaq sistemlərində innovativ alətlər mövzularına həsr olunmuş sessiyalar keçirilib.

İqlimi nəzərə alan kənd təsərrüfatının dəstəklənməsi və risklərin aradan qaldırılması məsələləri müzakirə olunub.
Kənd təsərrüfatının su sektorundan asılılığını nəzərə alaraq paralel tədbirlərdə BMT-in Su Konvensiyasının Baş Katibinin iştirakı ilə panel müzakirələr təşkil edilib.

Kəsişən və bir-birindən asılı bu iki istiqamət iqlim dəyişmələrinə görə su ehtiyatlarının defisiti hiss olunan Azərbaycan üçün də aktualdır. Buna görə də, uyğunlaşma tədbirlərində sinerjini təmin etmək vacibliyi yaranır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin