İranın Azərbaycanla ticarət dövriyyəsi 7 faiz azaldı 

Hazırda oxunan: İranın Azərbaycanla ticarət dövriyyəsi 7 faiz azaldı 

103962

“İranın Azərbaycanla ticarəti 7 faiz azalıb” 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının üzvü Behruz Pursüleyman “İLNA”-ya açıqlamasında bildirib. 

Pirsüleyman İranın Azərbaycanla ticarət prosesinə heç bir xələl gəlmədiyini deyib:  

“Azərbaycanla ticarət əlaqələrimiz davam edir və normal vəziyyətdədir, lakin ötən illə müqayisədə bu ölkə ilə ticarətimizin həcmi təxminən 7 faiz azalıb”. 

O, İranın Azərbaycan Respublikası ilə ticarət həcminin azalmasına toxunaraq bildirib:  

“İranın Azərbaycan hökuməti ilə siyasi münasibətləri soyuqlaşıb: Amma biz vaxtilə Azərbaycan hökumətinin tərəfdarı idik və Qarabağ torpaqlarının bu ölkəyə qaytarılması ilə razı idik, hətta biz onlara dəstək verirdik, lakin üçüncü dövlətlərin bir sıra siyasi fitnələri Azərbaycanla siyasi münasibətlərimizin aşağı səviyyəyə düşməsinə səbəb olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin