“Azərbaycanda əhalinin fasiələsiz su ilə təchizatı 80 faizin üzərindədir”.
Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəhbəri Bahadur Gəngərli qurumun suyun bahalaşması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
''Suyun qiyməti ilə bağlı doğru izah verilməlidir'' - Fazil Mustafa
Onun sözlərinə görə, Sovet dönəmində əhaliyə verilən su o dövrün dizayn olunmuş imkanlarına uyğun hesablanmışdı:
“Əhaliyə su gündə səhər və axşam qrafiklə verilirdi. Bakı əhalisinin 35-36 faizi 24 saat su ilə təmin edilirdi.
İndi isə istehlakçı sayının artırılmasına baxmayaraq bu rəqəm 80 faizin üzərindədir. Tarifin artırılması çərçivəsində “Azərsu” ASC-nin məqsədi istehlakçının 24 saat ərzində su ilə təminatını 100 faizə çatdırmaqdır.
Eyni zamanda istehlakçının su təminatını fasiləsiz və dayanıqlı təmin etməkdir. Qlobal layihələrin həyata keçirilməsi imkan verməsə də, böyük layihələrə imza atacağıq”.
Alçina Amilqızı, Bizim.Media