Bu məhsullar ƏDV-dən azad oluna bilər

Hazırda oxunan: Bu məhsullar ƏDV-dən azad oluna bilər

103607

Azərbaycanda istehsal sahələrinin qurulması üçün ölkəyə idxal edilən mal və materiallar ƏDV-dən azad oluna bilər.

Bizim.Media xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev deyib.

O bildirib ki, hazırda sahibkarların istehsal sahələri qurmaq üçün çəkdikləri kapital xarakterli xərclərin daha çox hissəsini əsas vəsaitlərin alınması və ya ölkəyə idxalı kimi maliyyə tutumlu investisiyalar təşkil edir.
Buna görə də gələn ildən Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq siyahıda müəyyən olunacaq kateqoriya üzrə əsas vəsaitlərin idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur. 

"Nəticədə istehsalçılarımız istehsal sahələrinin qurulması ilə bağlı idxal etdikləri əsas vəsaitlərə görə maliyyə vəsaitlərinə qənaət etmiş olacaqlar",- deyə Ə.Quliyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin