BVF: “Azərbaycanda karbon emissiyasına görə vergi tətbiq edilə bilər”

Hazırda oxunan: BVF: “Azərbaycanda karbon emissiyasına görə vergi tətbiq edilə bilər”

103181

2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiyada (CCA) yanacaq subsidiyalarının mərhələli şəkildə dayandırılması ilə karbon qazı emissiyalarına mərhələli şəkildə vergi (hər ton CO2 üçün 4 ABŞ dolları həcmində) tətbiq ediləcəyi gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Fiskal siyasət Yaxın Şərq və Mərkəzi Asiyaya emissiyaları azaltmağa necə kömək edə bilər?” adlı araşdırmasında deyilir. 

Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda (MENAP) hər ton karbon qazı üçün 8 ABŞ dolları həcmində vergi nəzərdə tutulur. 

“Bəzi ölkələr artıq bu istiqamətdə addımlar atır. Məsələn, Qazaxıstan emissiya ticarəti sxemini tətbiq edib, İordaniya davamlı olaraq yanacaq subsidiyalarından imtina edir, Səudiyyə Ərəbistanı isə bu yaxınlarda regional karbon krediti bazarı yaradıb”, - IMF qeyd edir. 

Fondun analitikləri hesab edirlər ki, qalıq yanacaqların faktiki qiymətinin artması qısamüddətli perspektivdə xeyli problemlər yaradır, çünki bu, indiki nəslin enerji keçidi ilə bağlı yükü öz üzərinə götürməsini tələb edir:

“Xüsusilə əhalinin həssas hissəsi və ucuz enerjiyə arxalanan bizneslər ağır zərbə alacaqlar. Vergi daxilolmaları və azaldılmış subsidiyalar vasitəsilə əlavə fiskal resurslar bu yan təsirləri azalda bilsə də, iqtisadi artım müvəqqəti olaraq yavaşlaya və inflyasiya yüksələ bilər”. 

Amma uzunmüddətli perspektivdə belə keçid gələcək nəsillərə daha təmiz, enerji cəhətdən daha səmərəli və potensial olaraq daha rəqabətqabiliyyətli iqtisadiyyat qoyacaq, çünki o, daha az təhrifləri, daha güclü dövlət maliyyəsini və daha səmərəli resurs bölüşdürülməsini miras qoyur. 

“Yaxın Şərq və Mərkəzi Asiyanın 32 ölkəsinin demək olar hamısı Paris Sazişinə əsasən istixana qazı emissiyalarını məhdudlaşdırmağı öhdəsinə götürüb. Bu öhdəlikləri yerinə yetirmək üçün ölkələr təcili olaraq iqlim siyasətini milli iqtisadi strategiyalarına inteqrasiya etməlidirlər. 
Hesablamalarımıza görə, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri xarici dəstəyin mövcudluğundan asılı olaraq, 2030-cu ildə illik istixana qazı emissiyalarını cari tendensiya ilə müqayisədə 13-21 % azaltmaq öhdəliyi götürüblər. Bu o deməkdir ki, region növbəti 8 il ərzində adambaşına düşən tullantıları 7 %-ə qədər azaltmalı olacaq. Yalnız bir neçə ölkə iqtisadi artımı qoruyaraq belə azalmaya nail olub”, - araşdırmada qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin