Gələn ilin dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq.
Bizim.Media xəbər verir ki, millət vəkili Vüqar Bayramov deyib ki, 66 rayondan 58-nə dövlət büdcəsindən vəsait ayrılmayacaq.
Həmin rayon və şəhərlər yerli gəlirlər hesabına öz xərclərini təmin edəcəklər. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən rayonlara ümumilikdə 12 milyon 306 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
V.Bayramov vurğulayıb ki, özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırılması baxımından vacibdir.
Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Ona görə də həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir.
Mövzu ilə bağlı XƏZƏR TV-nin hazırladığı ətraflı videomaterialı təqdim edirik.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:21 / 06.11.2022
Dövlət büdcəsindən neçə rayona vəsait ayrılacaq? - VİDEO
Hazırda oxunan: Dövlət büdcəsindən neçə rayona vəsait ayrılacaq? - VİDEO
Hazırda oxunan: Dövlət büdcəsindən neçə rayona vəsait ayrılacaq? - VİDEO
103118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.