Bu gün “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG) hasilata başladığı ilk platforma - Çıraqdan ilk neftin əldə olunmasının 25 ili tamam olur. O vaxtdan bəri “Çıraq” platforması ümumilikdə təqribən 766 mln. barel (103 mln. ton) neft hasil edib ki, bu da AÇG-nin ümumi hasilatının təxminən beşdə biri qədərdir.
Bu barədə Bizim.Media AÇG layihəsinin operatoru olan Böyük Britaniyanın BP şirkətinə istinadən xəbər verir.
“Çıraq ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı, lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu platforma hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı əməyin təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi və etibarlılıq göstəriciləri ilə istismardadır və hələ uzun illər boyunca da işləyəcək”, - məlumatda qeyd olunur.
Məlumata görə, o vaxtdan bəri bu yataqlarda 5 əlavə hasilat platforması inşa edib və onları təhlükəsiz və etibarlı şəkildə istismar etməkdədir.
Bu platformalardan indiyədək ümumilikdə 3,4 mlrd. bareldən artıq (təqribən 460 mln. ton), Çıraqla birlikdə isə 4,2 mlrd. barel (562 mln. ton) neft hasil edilib ki, bu da ilk növbədə Azərbaycan xalqının və AÇG tərəfdaşlarının, eləcə də regionun mənafeyinə xidmət edib.
AÇG-dən hasil olunmuş neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunur. Bu günədək BTC boru kəməri vasitəsilə Azərbaycandan təqribən 3,9 mlrd. barel xam neft nəql edilib və bu neft 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:06 / 05.11.2022
“Çıraq” platformasından 25 ildə 100 mln. tondan artıq neft hasil edilib
Hazırda oxunan: “Çıraq” platformasından 25 ildə 100 mln. tondan artıq neft hasil edilib
Hazırda oxunan: “Çıraq” platformasından 25 ildə 100 mln. tondan artıq neft hasil edilib
102972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.