Sığorta sektorunu yalnız bu nazirlik yoxlayacaq

Hazırda oxunan: Sığorta sektorunu yalnız bu nazirlik yoxlayacaq

102935
Moderator.az-ın Ans-ə istinadən məlumatına görə, ölkə başçısının təsdiqlədiyi və noyabrın 1-dən qüvvəyə minəcək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması”x9d haqqında qanunda sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı da məqamlar öz əksini tapıb.

Artıq bu yoxlamaları aparacaq qurum konkret olaraq göstərilib. Bu isə Maliyyə Nazirliyidir. Bununla da sığorta sektoruna digər qurumların müdaxiləsinin qarşısı alınacaq.

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib ki, bundan sonra müxtəlif qurumların sığorta şirkətlərində apardıqları yoxlamalar azalacaq.

“Nəzərə alsaq ki, hazırda müxtəlif səbəblərdən, ən əsası avtomobil idxalının azalmasına görə, sığorta yığımları aşağı düşüb, bu sektor çətin dövrünü yaşayır. Yoxlamalarla bağlı verilən bu qərarın məhz indiki vaxtda xüsusi əhəmiyyəti var”x9d, deyə Xəyal Məmmədxanlı bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin