“Cəbrayıl enerji qovşağının yaradılması strateji hadisədir" - Nazir

Hazırda oxunan: “Cəbrayıl enerji qovşağının yaradılması strateji hadisədir" - Nazir

102611

İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində güclərin yaradılması, azad edilmiş əraziləri “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.

Bizim.Media xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri - Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi, bu yeni reallığın perspektivlərindəndir.
Postmünaqişə mərhələsində tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir.

Nazirin sözlərinə görə, elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvan Muxtar Respublikasına, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi istiqamətində artıq işlərə başlanıb.

Bu aspektdə, “Cəbrayıl” enerji qovşağının yaradılması böyükmiqyaslı energetik və strateji əhəmiyyətli hadisədir.

“Bu gün Azərbaycan kimi etibarlı tərəfdaşlara böyük ehtiyac var. Mövcud reallıqlar göstərir ki, Azərbaycanla enerji tərəfdaşlığının genişləndirilməsi Avropa ölkələri üçün strateji prioritetlərdən biridir. Ona görə də bu zonanın “yaşıl enerji” potensialı tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təminatında potensial mənbə qismindədir”, - Pərviz Şahbazov qeyd edib.
Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var.

“Bu aspektdə, Avropa İttifaqı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Avropa İttifaqı ilə enerji dialoqumuzda bərpa olunan enerji ilə yanaşı enerji səmərəliliyi və karbon emissiyalarının azaldılması üzrə əməkdaşlıq da yer alır. Bu əməkdaşlıq “yaşıl enerji” zonasının yaradılması üçün münasib həllər baxımından önəmlidir”, - Pərviz Şahbazov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin