Ağdam Sənaye Parkında daha dörd müəssisə işə başladı - FOTO

Hazırda oxunan: Ağdam Sənaye Parkında daha dörd müəssisə işə başladı - FOTO

102394

Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb. 

"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə ("Rail Trans Service" MMC, "Mister Decor" MMC, "Almet Holding" QSC və "Eel Electric" MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - nazir qeyd edib. 
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin