Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda qarşılıqlı əməkdaşlıq müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşündə fikir mübadiləsi aparılıb.
Bildirilib ki, M.Sedlaçek Çex televiziyasının "Xaricdən mənzərələr" proqramının bir hissəsi kimi hazırlanacaq sənədli filmin “Neft Daşları”nda çəkilişləri üçün göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq əlqələrinin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:08 / 01.11.2022
Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Azərbaycanla Çexiya arasında neft-qaz sektorunda əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO
102319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.