İcbari avtosığorta üzrə ödənişlərdə yeni qayda QÜVVƏYƏ MİNİR

Hazırda oxunan: İcbari avtosığorta üzrə ödənişlərdə yeni qayda QÜVVƏYƏ MİNİR

102219

Bu gündən etibarən avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” artıq qüvvəyə minib.

Məlumata görə, hadisə baş verən zaman sığortalı şəxs, ona zərər vuran şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edərək sığorta ödənişi tələb edəcək.
Mərkəzi Bankın açıqlamasında bildirilib ki, nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə icbari avtosığorta (AVSMMİS) sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən digər qayda ilə avtomobillərin icbari sığorta haqqının hesablanması qaydası dəyişib.

Dəyişikliyə əsasən risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin