Neft 20 dollar ucuzlaşa bilər - PROQNOZ

Hazırda oxunan: Neft 20 dollar ucuzlaşa bilər - PROQNOZ

102199

Dünya Bankı 2022-2023-cü illər üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu dəyişməyib.

Bizim.Media xəbər verir ki bu barədə Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2022-ci ildə “Brent” neftinin orta qiyməti 100 dollar təşkil edəcək, 2023-cü ildə isə 92 dollaradək enəcək.
Dünya Bankının mütəxəssisləri hesab edir ki, 2024-cü ildə “Brent” markalı neft daha da ucuzlaşacaq və onun orta qiyməti 80 dollar səviyyəsində qərarlaşacaq.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə “Brent”ın orta qiyməti 70,4 dollar, 2020-ci ildə isə 42,3 dollar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin