Avrozonada illik inflyasiya ardıcıl altıncı aydır ki, sürətlənir

Hazırda oxunan: Avrozonada illik inflyasiya ardıcıl altıncı aydır ki, sürətlənir

102131

Avrozonada inflyasiya ilk dəfə olaraq illik ifadədə 10,7%-ə qədər sürətlənib.  

Bizim.Media "Russia Today"a istinadən xəbər verir ki, analitiklər bunu pandemiya zamanı Avropada aktiv pul çapı, eləcə də enerji böhranının nəticələri və Moskvaya qarşı genişmiqyaslı iqtisadi sanksiyalarla əlaqələndirirlər.  

Mütəxəssislərin fikrincə, region ölkələri karbohidrogen çatışmazlığı ilə üzləşib və bu, yanacağın və bir sıra malların maya dəyərinin hədsiz dərəcədə artmasına səbəb olub.

Qiymət artımı ilə mübarizə aparmaq üçün Avropa Mərkəzi Bankı faiz dərəcələrini 2009-cu ildən bəri ən yüksək səviyyəyə qaldırıb. Lakin ekspertlər bu tədbirin effektivliyinə şübhə ilə yanaşır və yaxın aylarda regionda tənəzzülü gözləyirlər.  

Avrozonada illik inflyasiya ardıcıl altıncı aydır ki, sürətlənir və ilk dəfə olaraq ikirəqəmli göstəriciyə çatıb. Bunu Avropa Statistika Komitəsinin 31 oktyabr bazar ertəsi dərc etdiyi ilkin hesablamaları da sübut edir. 
Təşkilatın hesablamalarına görə, 2022-ci ilin oktyabr ayında avrozona ölkələrində mal və xidmətlərin istehlak qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,7% artıb. İllik inflyasiyanın əldə edilmiş səviyyəsi birliyin bütün mövcudluğu üçün maksimuma çevrilib.  

Elvira Murad, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin