Namizədə qarşı tələblər:
- İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
- Risklərin idarə edilməsi, maliyyə menecmenti sahəsində 5 il və idarəetmə üzrə minimum 3 il iş təcrübəsinə malik olmalı;
- Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqlarına malik olmalı;
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
- Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayiş etdirməli;
- Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmalı;
- Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyətinə malik olmalı;
- CFA, FRM kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına müraciət olunan vəzifənin adını email-in mövzu hissəsində (Risk Departamentinin direktoru) qeyd edərək göndərə bilərsiniz.
DəmirBank bəyan edir ki, özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.































































































