“Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) məqsədi inflyasiyanı azaltmaqdır”.
Bizim.Media xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Taleh Kazımov bildirib.
AMB sədri qeyd edib ki, əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq:
"Biz dövriyyədəki notlarımızı artıra da, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb”.
Bizim.Media