Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb

Hazırda oxunan: Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb

101461

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların məbləği ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının məbləği 2,7 dəfə artıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

Onun sözlərinə görə, son 1 ildə ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub.

"Müqayisə üçün qeyd edim ki, bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və məbləği ötən ilin eyni dövrünün göstəricilərini 2,1 dəfə üstələyib. Bu göstəricilər ölkədə nağdsız ödəniş vərdişlərinin formalaşdığını göstərir". Report.az AMB rəsmisinin dediklərindən sitat gətirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin