Qida obyektlərinin fəaliyyətində YENİLİK – RƏSMİ

Hazırda oxunan: Qida obyektlərinin fəaliyyətində YENİLİK – RƏSMİ

101403

“1 yanvar 2023-cü il tarixindən etibarən qida obyektlərinin qeydiyyatı və fəaliyyətinə icazə verilməsinə dair yeni yanaşma tətbiq olunacaq”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirməklə həyata keçiriləcək:

“Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ olmaqla ödəniləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin