Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanı qəbul edən zaman bildirib.
Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Nazir Azərbaycanda “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib.
Səfir ölkəsinin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu ifadə edib.
Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:33 / 26.10.2022
Azərbaycanda dənizdə küləkdən alınan elektrik enerjisi Avropaya ixrac olunacaq - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda dənizdə küləkdən alınan elektrik enerjisi Avropaya ixrac olunacaq - RƏSMİ
Hazırda oxunan: Azərbaycanda dənizdə küləkdən alınan elektrik enerjisi Avropaya ixrac olunacaq - RƏSMİ
101317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.