Yeni “Tesla” - Şüşə dam və kəpənək sükanı - FOTO

Hazırda oxunan: Yeni “Tesla” - Şüşə dam və kəpənək sükanı - FOTO

10117

Yanvarın 27-də “Tesla” 2021-ci ilin martında satışa çıxarılacaq “Model S” elektromobilinin yeni dizaynını təqdim edib. Şirkət 2012-ci il buraxılışından bəri ilk dəfə bu modeli yeniləyib.

Bizim.Media “The Verge” jurnalına istinadən xəbər verir ki, yeni “Model S”-in xarici görünüşündə bir az dəyişiklik olub, böyük şüşə dam əlavə edilib.

Avtomobilin interyerində isə daha çox dəyişiklik var. Kəpənək formasında “U” şəkilli sükan və arxa oturacaqdakı sərnişinlər üçün bir ekran əlavə olunub.

“Model 3” və “Model Y”-dən fərqli olaraq, “Model S”-in yeni variantında sükanın arxasındakı ekranı yerində qalıb.

Ön hissədə isə şaquli ekran əvəzinə 17 düymlük geniş ekran var. Məlumatda həmçinin bir dəfəyə 663 km yol getmək gücündə olan yeni modelin 79.990 dollardan satışa çıxarıldığı vurğulanır.  

Tesla həmçinin bir dəfəyə 627 km qədər gedən  və iki saniyədən az müddətdə 100 km / s sürət ala bilən üç mühərrikli “Plaid” versiyasını da təqdim edib. Bu elektromobilin qiyməti isə 119,990 dollar nəzərdə tutulub.

İltifat, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin