Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
O bildirib ki, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir.
T.Kazımov qeyd edib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub:
“Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb”.
Bizim.Media