“Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artıb”.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.
“Daxili investisiyalarda artım 20,5% təşkil edib. Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21,5%, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11,4% artıb. Tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə 22,3%-lik artım da əhəmiyyətli göstəricidir”, - nazir qeyd edib.
Bizim.Media