Azərbaycan avrobondların bir qismini geri ala bilər

Hazırda oxunan: Azərbaycan avrobondların bir qismini geri ala bilər

100615

Azərbaycan Respublikası İqtisadi Şurasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarında 1,25 milyard ABŞ dolları dəyərində illik 5 %-lə istiqraz yerləşdirib. 

Avrobondların nominal dəyəri 1 000 ABŞ dolları, həcmi isə 1,25 milyon ədəd təşkil edir. 160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib. 
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47 %-ni ABŞ, 25 %-ni Böyük Britaniya, 18 %-ni Almaniya, 10 %-ni digər ölkələrdən olan investorlar əldə ediblər. 

Avrobondların debüt buraxılışının lid-meneceri kimi “Barclays Bank”, “Deutsche Bank” və “Citibank” çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin