“İlin əvvəlindən banklar 7,5 milyard manat kredit veriblər”x9d.
Moderator.az xəbər verir ki, bunu büdcə müzakirələri zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O bildirib ki, kreditlərin 5 milyard manatını biznes krediti təşkil edib. MB sədri vaxtı keçmiş kreditlərin 6,5 faiz təşkil etdiyini vurğulayıb: “Bankların məcmu kapitalı 2 dəfə artıb. “Beynəlxalq Bank”x9dda dövlət payının özəlləşdirilməsi istiqamətində tədbirlər aparılır”x9d.
MB sədri ipoteka kreditləşməsindən də danışıb. O deyib ki, 700 milyon ipoterka krediti verilib: “Bankların özlərinin verdikləri kreditlər 500 milyon manat təşkil edib. Bildiyimiz kimi, əmlak bazarı iqtisadiyyatda aktivlik yaradır. Mərkəzi Bank Maliyyə Nazirliyi ilə təkliflər üzərində işləyib. Bura ipoteka faizlərinin azaldılması, məbləğin artırılması daxildir”x9d.




































































































