2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat olub.
Bizim.Media xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, həmin vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur.
"Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir", - M.Cabbarov yazıb.
Bizim.Media
In January-September of 2022, the tax revenues to the #statebudget equalled 10,451.4 mln. ₼. The amount is 4,097.0 mln. ₼ or 64.5% more than that of the relevant period of 2021.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 21, 2022
1/2