Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq, dövlət büdcəsi xərclərinin 8 442 milyon manatı və yaxud 41,2%-i sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.
9 ay ərzində ölkədə iqtisadi fəaliyyət (əsasən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, dövlət əsaslı vəsait qoyuluşu) xərclərinə 1 il əvvələ nisbətən 60,5 % çox və yaxud 1 668,9 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 % çox və yaxud 40,1 milyon manat çox vəsait yönəldilib.
Eyni dövr ərzində həmçinin, təhsil xərclərinə 18,9 % çox və yaxud 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 % çox və yaxud 219 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 % çox və yaxud 22,1 milyon manat çox vəsait yönəldilib.
Analoji zaman kəsiyində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 % çox və yaxud 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 % çox və ya 37 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 % çox və yaxud 80,4 milyon manat çox vəsait yönəldilib.
Bizim.Media