Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ənənəvi “Mingəçevir Reqatası”nı yenidən bərpa edir.
Bizim.Media xəbər verir ki, 21-23 oktyabrda təşkil olunacaq reqatada 15-dək ölkə iştirak edəcək. Azərbaycanla yanaşı Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları çempionluq uğrunda mübarizə aparacaq.
Reqatanın rəsmi açılış mərasimi və yarışların birinci günü Suqovuşanda baş tutacaq.
Komandalar oktyabrın 21-i Suqovuşan su anbarında kayak və kanoe növlərində qalibi müəyyən edəcək.
Qeyd edək ki, bu AKAF-ın işğaldan azad olunan ərazilərimizdə təşkil etdiyi ikinci beynəlxalq turnirdir. Bundan əvvəl federasiya ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku-2022” beynəlxalq reqatasını Suqovuşanda təşkil edib.
22-23 oktyabrda isə “Mingəçevir Reqatası” “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə yarışacaqlar. Qaliblər diplom, medal və kubokla mükafatlandırılacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:39 / 18.10.2022
Suqovuşanda kayak və kanoe yarışı keçiriləcək - VİDEO
Hazırda oxunan: Suqovuşanda kayak və kanoe yarışı keçiriləcək - VİDEO
Hazırda oxunan: Suqovuşanda kayak və kanoe yarışı keçiriləcək - VİDEO
99879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.