Azərbaycanda ilk dəfə Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

Hazırda oxunan: Azərbaycanda ilk dəfə Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

99852
06 noyabr 2016-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və “Azercell”x9d Telecom MMC-nin birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

Oyunlarda respublikanın müxtəlif regionlarından olan uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 50-dən cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin