Taekvondoçularımızdan QƏLƏBƏ - 7 medal  

Hazırda oxunan: Taekvondoçularımızdan QƏLƏBƏ - 7 medal  

99500

Bu gün Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının məlumatında bildirilib.

Məlumata görə, 40-a qədər ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-ci fəxri kürsüyə yüksəlib.

Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olub. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.

Beləliklə, yığma açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.

Qeyd edək ki, komandamız oktyabrın 16-da Vətənə qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin