Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərini dəyərləndirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, o, məqsədlərinin qrupda istənilən rəqibə qalib gəlmək və tez bir zamanda final mərhələsinə vəsiqəni təmin etmək olduğunu deyib:
"2023-cü ilin martında Estoniya və Azərbaycanla oyunlarımız var. Hər iki komanda ilk dəfə final mərhələsinə vəsiqə qazanmaq istəyir. Odur ki, bu rəqiblərə yuxarıdan aşağı baxmaq olmaz. "Azərbaycana uçub, rahat 3 xal qazanacağımızı düşünə bilmərik. Heç bir oyun asan olmayacaq".
Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:23 / 15.10.2022
"Azərbaycanda rahat üç xal qazanacağımızı düşünə bilmərik" – Avstriyanın məşqçisi
Hazırda oxunan: "Azərbaycanda rahat üç xal qazanacağımızı düşünə bilmərik" – Avstriyanın məşqçisi
Hazırda oxunan: "Azərbaycanda rahat üç xal qazanacağımızı düşünə bilmərik" – Avstriyanın məşqçisi
99476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.