“Mançester Siti”nin futbolçusu Erlinq Haaland azarkeşlər tərəfindən sentyabr ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ötən ay norveçli forvard turnirin 2 oyununda iştirak edib. O, bu matçların hər birində qol vurub. "Şəhərlilər" onun vurduğu qollar sayəsində "Aston Villa" ilə heç-heçə ediblər (1:1), "Vulverhempton"a isə qalib gəliblər (3:0). Haaland İngiltərə çempionatında ümumilikdə 9 oyunda 15 qol vurub və 3 qolun ötürməsini verib.
Qeyd edək ki, Haaland "Mançester Siti"yə bu ilin yayında Dortmund "Borussiya"sından keçib.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:08 / 15.10.2022
Premyer Liqanın ən yaxşısı Haaland SEÇİLDİ
Hazırda oxunan: Premyer Liqanın ən yaxşısı Haaland SEÇİLDİ
Hazırda oxunan: Premyer Liqanın ən yaxşısı Haaland SEÇİLDİ
99367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.