“Komandamdan razı qaldım. Çox əziyyət çəkdik. Gərginlik də var idi. Çünki azarkeşlərimiz bizdən qalibiyyət gözləyirdi. Belə halda isə səhvlər də çox olur”.
Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Olimpiakos”la oyun sonrası “CBC Sport”a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis rəqibin bu gün daha aktiv olduğunu bildirib:
“Daha hazırlıqlı oyunçuları meydana buraxmışdılar. Mobil komanda təsiri bağışladı. Görüşə onlar da yaxşı hazırlaşmışdılar”.
Onun sözlərinə görə, Kadi Borgesin zədələnməsi planları pozub:
“Onu sonadək meydanda saxlamaq istəyirdik. İlk hissədən sonra ayağında ağrı var idi. Dedi ki, dözüb oynayaram. Amma alınmadı. Onun yerinə meydana çıxan Filip Ozobiç də özünü yaxşı tərəfdən göstərdi”.
Qurbanov pley-offa çıxmaq şanslarını da dəyərləndirib:
“Sonluq yaxınlaşdıqca, gərginlik artır. Rəqiblər öz işlərinə ciddi yanaşır. “Nant”ın şansı varsa, bizimlə oyuna ciddi hazırlaşacaqlar. Önəmli qarşılaşma olacaq. Soyuqqanlı hazırlaşmalıyıq. Xeyli vaxtımız var. Futbolçularım həddindən artıq yorğun idi. Düşünürəm ki, o vaxtadək idman formalarını qaytara biləcəklər”.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:06 / 14.10.2022
“Borgesin zədələnməsi planları pozdu” – Baş məşqçi oyunu şərh etdi
Hazırda oxunan: “Borgesin zədələnməsi planları pozdu” – Baş məşqçi oyunu şərh etdi
Hazırda oxunan: “Borgesin zədələnməsi planları pozdu” – Baş məşqçi oyunu şərh etdi
99172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.