Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, A,B,C və D qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.
A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edəcək. İngiltərə "Liverpul"u Şotlandiyada "Reyncers"in qonağı olacaq. Neapol təmsilçisinə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək.
B qrupunda İspaniyanın "Atletiko" (Madrid) komandası Belçika "Brügge"si ilə üz-üzə gələcək. Qonaqlar Madrid qələbə qazanacağı təqdirdə digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. Digər görüşdə "Bayer" Almaniyada Portuqaliya "Portu"sunu sınağa çəkəcək.
Günün maraqla gözlənilən matçı C qrupunda gerçəkləşəcək. İtaliya "İnter"i İspaniyada "Barselona"nın qonağı olacaq. Qrupun autsayderi "Viktoriya" (Plzen) Çexiyada Almaniya "Bavariya"sı ilə görüşəcək.
Münhenlilər qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün Kataloniya təmsilçisi bu tur xal itirməlidir.
Nəhayət, D qrupunda "Tottenhem" İngiltərədə Almaniyanın "Ayntraxt" (Frankurt) kollektivini, "Sportinq" isə Portuqaliyada Fransa "Marsel"ini qəbul edəcək. Bu qrupda hər komandanın pley-off şansı davam edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:05 / 12.10.2022
Çempionlar Liqasında daha 8 matç keçiriləcək
Hazırda oxunan: Çempionlar Liqasında daha 8 matç keçiriləcək
Hazırda oxunan: Çempionlar Liqasında daha 8 matç keçiriləcək
98776
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.