Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün cəmi 2 000 bilet qalıb. 
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. 
Məlumata görə, indiyədək satışa çıxarılmış 29 000 biletin hamısı satılıb. Son 2 000 bilet isə oktyabrın 12-dən satışda olacaq. 
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan almaq mümkündür. 
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. 
Bizim.Media

- A-
- A
- A+
İdman
							19:55 / 11.10.2022
							
						\"Qarabağ\"-\"Olimpiakos\" matçına 29 000 bilet satıldı – Qalanlar isə…
						
							
								Hazırda oxunan: \"Qarabağ\"-\"Olimpiakos\" matçına 29 000 bilet satıldı – Qalanlar isə…							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: \"Qarabağ\"-\"Olimpiakos\" matçına 29 000 bilet satıldı – Qalanlar isə…							
						98736
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































