Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxə, 1/8 finalda Nurlıxan Şerxanı (Qazaxıstan), 1/4 finalda ikiqat dünya çempionu Jorje Fonsekanı (Portuqaliya) məğlub edib.
Yarımfinalda o, Kayl Reyesə (Kanada) uduzub. Bürünc uğrunda mübarizədə cüdoçumuz Toma Nikoforovla (Belçika) qarşılaşıb və vaza-ari qalib gələrək bürünc medal qazanıb.
Builki dünya çempionatında bundan əvvəl Azərbaycandan təkcə Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.
Qeyd edək ki, mundiala oktyabrın 13-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:50 / 11.10.2022
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
Hazırda oxunan: Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
98713
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.