Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib. Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib.
17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb. 25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib.
Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.
Dünya çempionatı, seçmə mərhələ
7 oktyabr
20:00. Azərbaycan - Polşa - 4:3
Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib - 3:0.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:01 / 07.10.2022
Futzal yığmamızdan dünya çempionatının seçmələrində QƏLƏBƏ
Hazırda oxunan: Futzal yığmamızdan dünya çempionatının seçmələrində QƏLƏBƏ
Hazırda oxunan: Futzal yığmamızdan dünya çempionatının seçmələrində QƏLƏBƏ
98058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.