Matç GƏRGİN KECƏCƏK - “Qarabağ”ın azarkeşləri hücuma MƏRUZ QALDI -FOTO/VİDEO

Hazırda oxunan: Matç GƏRGİN KECƏCƏK - “Qarabağ”ın azarkeşləri hücuma MƏRUZ QALDI -FOTO/VİDEO

97855

Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi “Qarabağ”ın azarkeşləri xoşagəlməz halla üzləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, matçın baş tutacağı stadiona yollanan 20-yə yaxın azərbaycanlı azarkeş “Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb. 

Həmçinin bildirilib ki, yalnız polisin müdaxiləsindən sonra onların təhlükəsizliyini təmin etmək mümkün olub. Təhlükəsizlik əməkdaşları bundan ötrü gözyaşardıcı qazdan da istifadə edib.
Məsələyə “Qarabağ” rəhbərliyi də biganə qalmayıb. Ağdam təmsilçisinin müdaxiləsindən sonra “Qarabağ” azarkeşləri təhlükəsiz sektora yerləşdirilib. 

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media
 

 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin