"Barselona" Çempionlar Liqasının 3-cü turunda "İnter"lə oyunun hakim idarəçiliyinə görə UEFA-ya rəsmi şikayət edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya təmsilçisinin 0:1 hesabı ilə uduzduğu bu matçın 90-cı dəqiqəsində cinahdan ötürülən top öz cərimə meydançasında olan “İnter”in müdafiəçisi Denzel Dumfrisin əlinə dəyib. VAR-a baxıldıqdan sonra baş hakim Slavko Vinçiç (Sloveniya) penalti təyin etməyib.
Məlumata görə, "Barselona" bundan sonra öz oyunlarına "İnter"lə matçın VAR hakimi olan Pol van Bukelə (Niderland) təyinat verilməməsini xahiş edəcək. Məsələ burasındadır ki, o, "Barselona" "Bavariya" ilə oyununda (0:2) da hakim olub və katoloniyalıların fikrincə, Usman Dembeleyə qarşı qayda pozuntusu zamanı rəqib qapıya penalti təyin etməyib.
"Barselona" həmçinin Pedrinin qol epizodu zamanı Ansi Fatinin əllə oynaması, Hakan Çalhanoğlunun ("İnter") Serxio Busketsin ayağına qarşı "podkat"la oynaması epizoduna baxılmasını xahiş edəcək.
Qeyd edək ki, matçdan sonra keçirilən mətbuat konfransında "Barselona"nın baş məçqçisi Xavi hakimlərin komandasına haqsızlıq etdiyini söyləyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:03 / 05.10.2022
“Barselona”dan “İnter”lə oyunla bağlı UEFA-ya ŞİKAYƏT
Hazırda oxunan: “Barselona”dan “İnter”lə oyunla bağlı UEFA-ya ŞİKAYƏT
Hazırda oxunan: “Barselona”dan “İnter”lə oyunla bağlı UEFA-ya ŞİKAYƏT
97560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.