"Sabah"ın baş məşqçisi: Belə nəticələr psixoloji cəhətdən önəmlidir

Hazırda oxunan: "Sabah"ın baş məşqçisi: Belə nəticələr psixoloji cəhətdən önəmlidir

96975

"Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır".

Bizim.Media xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis çox çətin matç olduğunu bildirib:

"Rəqib meydanın hər qarışında mübarizə apardı. Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir".

Musayev ikili mübarizələrdə uduzduqlarını xatırladıb:

"Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım".

Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib:

"Qələbə qazandığımız üçün emosialar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çoxlu azarkeşlər var idi. Bu, yaxşı haldır".

Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb:

"O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq".

"Şamaxı"nın məşqçisi Cavid Hüseynov rəqibin çempionluq üçün mübarizə apardığını xatırladıb:

"Sabah" çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Buna baxmayaraq əlimizdən gələni etməyə çalışdıq. Məğlub olmaq istəmirdik. Ancaq təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq. Oyunçulara göstərdikləri əmzkarlığa görə təşəkkür edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin