Xəbər verdiyimiz kimi, dünyaca məşhur kino ulduzu və Aykido döyüş növü üzrə yeddinci Dan qara kəmər ustası Stiven Siqal Bakıdadır.
Publika.az xəbər verir ki, yerli Aykido ustaları və onların şagirdləri ilə birgə tatami üzərinə çıxan Hollivud əfsanəsi ustad dərsi keçib. O, idmançılarımızın hazırlıq səviyyəsini də qiymətləndirib. Siqal idmançılarımızla söhbət zamanı bildirib ki, bundan sonra onun Bakıya mütəmadi səfərləri olacaq. Görüşün sonunda Stiven Siqal hətta növbəti səfərinin noyabr ayında olacağını da vurğulayıb.

































































































