Türkiyə Superliqasının 8-ci turunda keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" oyununu qonaq komandanın azarkeşləri stadiondan izləyə bilməyəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə "Beşiktaş" klubu açıqlama yayıb. Aparılan danışıqlardan sonra İlçe İdman Təhlükəsizlik Şurası "Fənərbaxça" fanatlarının derbidə iştirak etməməsi qərarına gəlib. Klublar isə bunun üzərində razılaşıblar.
Ona görə də "Vodafon Park" stadionunda keçiriləcək görüş üçün qonaq komanda azarkeşlərinə görə nəzərdə tutulan biletlər "Beşiktaş" tərəfdarlarına satılacaq.
Bildirilir ki, mövsümün ikinci yarısında oynanılacaq "Fənərbaxça" - "Beiktaş" matçına "Beşiktaş" fanatlarının buraxılmayacağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:46 / 28.09.2022
"Fənərbaxça" azarkeşlərinə QADAĞA - Derbiyə buraxılmayacaqlar
Hazırda oxunan: "Fənərbaxça" azarkeşlərinə QADAĞA - Derbiyə buraxılmayacaqlar
Hazırda oxunan: "Fənərbaxça" azarkeşlərinə QADAĞA - Derbiyə buraxılmayacaqlar
96149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.