Məşqçi Laura Haukins kontakt linzaların yaratdığı infeksiya səbəbindən qismən kor olub.
Bizim.Media xəbər verir ki, bu barədə britaniyalı məşqçi “İndependent” nəşrinə müsahibəsində məlumat verib.
Belə ki, 24 yaşlı Laura Haukins Avstraliyaya səfəri zamanı kontakt linzalardan istifadə edib və gözünə düşən infeksiya səbəbindən qismən kor olub.
Məşqçinin sözlərinə görə, linzaların saxlanması və istifadəsi zamanı bütün gigiyenik qaydalara riayət edib. Haukins bildirib ki, müayinə sonrası həkimlər qadına buynuz qişasının xorası diaqnozu qoyublar.
Bir həftə xəstəxana şəraitində müalicə alan Lauranın görmə qabiliyyəti bərpa olunmayıb. Belə ki, qadın gündüzləri parlaq işıqda ümumiyyətlə görmür, gecələri isə qismən görə bilir.
Hazırda xəstə tam görmə qabiliyyətini bərpa etmək üçün buynuz qişanın transplantasiyası üçün göndəriş gözləyir.
Bizim.Media
- A-
- A
- A+
İdman
02:22 / 27.09.2022
Kontakt linzalar məşqçini KOR etdi
Hazırda oxunan: Kontakt linzalar məşqçini KOR etdi
Hazırda oxunan: Kontakt linzalar məşqçini KOR etdi
95947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.