"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur" - Ozan Can Kökçü

Hazırda oxunan: "Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur" - Ozan Can Kökçü

95727

"Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Ardıcıl 3-cü qələbəni qazandıqlarını xatırladan 24 yaşlı yarımmüdafiəçi bunu gələcək turnirlərdə də davam etdirməyə çalışacaqlarını söyləyib.

Onun sözlərinə görə, milli komanda elə yerdir ki, burada heç kimin daim oynayacağına zəmanət verilmir:

"Hər zaman izlənilirsən. Bura gələndə canla-başla çalışmalısan".

Daha əvvəl "Sabah"da oynamış Türkiyə əsilli oyunçu Azərbaycana qayıtmaq variantına da toxunub:

"Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda "Qarabağ", "Neftçi" və "Zirə" kimi yaxşı komandalar var. Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərim qaydasında gedir. Mövsümün sonunda necə olacağını görəcəyik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin