\"Yuventus\"dan YENİ XƏBƏR - Vitse-prezident istefa verir?

Hazırda oxunan: \"Yuventus\"dan YENİ XƏBƏR - Vitse-prezident istefa verir?

95513

"Yuventus"un vitse-prezidenti Pavel Nedved klubu tərk edə bilər.

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, onunla klub rəhbərliyi arasında fikir ayrılıqları yaranıb.

Nedved baş məşqçi Massimiliano Alleqrinin istefaya göndərilməsinin tərəfdarı olub. Lakin “Yuventus”un prezidenti Andrea Anyelli  məşqçi dəyişikliyinə icazə vermir.
Bildirilib ki, Nedved daha əvvəl də Alleqrinin kluba qayıtmasının əleyhinə olsa da, onun fikri nəzərə alınmayıb.

Qeyd edək ki, "Yuventus" A Seriyasında 7 oyundan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin