Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Hazırda oxunan: Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

95393

"Düşünürəm ki, Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq çox vacib idi". 

Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib. 

İtaliyalı mütəxəssis komandasından razı qaldığını bildirib:  

"İnamlı oynayıb, Bakıya yaxşı nəticə ilə qayıtdıq". 

66 yaşlı baş məşqçi "Dalğa Arena"da Qazaxıstanla oynayacaqları qrupun son matçına da toxunub:  

"Qarşıdakı oyun üçün ilk növbədə bərpa olunmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik". 

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda millimiz səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.

Sentyabrın 25-də keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü isə saat 20:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin